Modern.az

Şoyqu: “Səfərbərliyə çağırılanların təlimi yekunlaşıb”

Şoyqu: “Səfərbərliyə çağırılanların təlimi yekunlaşıb”

Aktual

30 Noyabr 2022, 14:06

Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 mindən çox rusiyalı təlim keçib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, səfərbər olanlar Rusiya və Belarusdakı yüzdən çox poliqonda üç minə yaxın təlimatçı tərəfindən öyrədilib.

Şoyqunun sözlərinə görə, səfərbərliyə çağırılanların və könüllülərin təlimləri iki ay davam edib:

“Təlim mərkəzlərində səfərbər olunanlara döyüş maşını və tanklar, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, rabitəsi üzrə təlimlər keçilib”.

Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik başlayıb - oktyabrın 28-də onun başa çatdığı elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?