Modern.az

“Bay Kamalın yalanlarına hazır olun!” - Ərdoğandan seçkiyə hazırlıq ÇAĞIRIŞI

“Bay Kamalın yalanlarına hazır olun!” - Ərdoğandan seçkiyə hazırlıq ÇAĞIRIŞI

Aktual

30 Noyabr 2022, 15:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) genişləndirilmiş yığıncağında 2023-cü il seçkilərinə hazırlıq çağırışı edib.
 

Modern.az xəbər verir ki, Ərdoğan AKP üzvlərini insanların könlünü almağa çağırıb.


"Unutmayaq ki, düzgün məlumat vermədiyimiz hər bir bacı-qardaşımız müxalifətin yalan və böhtanlarının hədəfinə çevriləcək. İndi seçki yaxınlaşır. Görəcəksiniz, bay Kamal tamamən bir yalanlar yığını ilə millətin qarşısında çıxacaq. Artıq onun yalanlarına öyrəşmişik, amma indidən buna hazır olun. O  yalanları bir də eşidəcəksiniz. Unutmayaq ki, xəyallarını baxışımızla zənginləşdirmədiyimiz hər bir insanımız, müxalifətin yalanlarına inana bilər”


Ərdoğan deyib ki, AKP üzvləri Türkiyə vətəndaşlarını inandırmalıdır:


“Qapısına getdiyimi, əlini tutduğumuz insanlarda bizə qarşı küskünlük varsa, barışmalıyıq, ümid verməliyik, qorxu varsa, sevgi ilə davranmalıyıq, nifrət varsa, əvəz etməliyik, problem varsa, onun həlli yollarını axtarmalıyıq... Bir sözlə, hər bir fərdlə - 85 milyon insanın hamısına çatmaq üçün əlimizdən gələni etməliyik, onlara sarılmalı, dəstəyini və könlünü qazanmalıyıq. Bunu özümüzdən çox, gələcəyimizin memarı olan övladlarımız üçün etməliyik. Seçkilərə qədər əyalət təşkilatlarımızın əsas vəzifəsi meydanda ən kiçik boşluq buraxmadan bu tarixi məsuliyyəti layiqincə yerinə yetirməkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?