Modern.az

Şuşadan bəhs edən film 62 saylı məktəb-liseydə nümayiş olunub - FOTOLAR

Şuşadan bəhs edən film 62 saylı məktəb-liseydə nümayiş olunub - FOTOLAR

Aktual

30 Noyabr 2022, 15:26

“Cəmiyyətin və medianın inkişafi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatının dəstəyi ilə Xalid Quliyev adına 62 saylı məktəb-liseydə "ŞUŞA 270" adlı qısa metrajlı filmin təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, öncə qonaqları Gənc Şahinlərimiz hərbi marşla salamlayaraq meydana Azərbaycan bayrağı və “Dəmir Yumruq” gətiriblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı, I və II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək tədbiri açıq elan edib.
 

Sonra çıxış üçün söz "Cəmiyyətin və Medianın inkişafı birliyinin" sədri Lalə Azərtaşa verilib və "ŞUŞA 270" filmi təqdim edilib.

 

Tədbirdə məktəbin məzunları, II Qarabağ  müharibəsində şəhid olmuş Samir Xəlilli və Elsevər Əhədzadənin valideynləri, qazi Rafiq Rəhimli də iştirak edib.

 

Filmin sonunda şəhidlərimizin anaları  və qazimiz Rafiq Rəhimli belə tədbirlərin əhəmiyyətindən danışaraq Lalə Azərtaşa və məktəbin rəhbərliyinə təşəkkür ediblər. Bu cür tədbirlərin davamlı keçirilməsini tövsiyə ediblər. Tədbir müəllimlər, valideynlər və şagirlər tərəfindən maraqla izlənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?