Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov Holokostla bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.
"Sadəcə yəhudi olduqları üçün öldürülən Holokost qurbanları 6 milyon yəhudini anırıq. Azərbaycanın antisemitizm olmadan hər kəslə sülh içində yaşayan bir çox yəhudiyə hər zaman ev olmasından qürur duyuram", - diplomat qeyd edib.
We commemorate #Holocaust victims, 6 million Jews who were murdered only for being #Jews. I am proud that #Azerbaijan has always been a home to many Jews who lived there in peaceful coexistence with everyone without any anti-Semitism. #NeverAgain#YomHaShoah pic.twitter.com/Q63qZjEdfI
— Mukhtar Mammadov (@MammadovMukhtar) April 18, 2023