Modern.az

Deputat: “Atam fəhlə işləyirdi..." - FOTO

Deputat: “Atam fəhlə işləyirdi..."  - FOTO

Aktual

22 Sentyabr 2013, 19:05


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə atası ilə bağlı xatirələrini virtual dostları ilə bölüşüb.

“Atam Böyükkişi Mirzəzadə ilə söhbət mənim üçün həmişə maraqlıdır. O mənim indiyə qədər də təhsil aldığım birinci universitetimdir.

20 yaşında atasını itirən atam özündən yaşca kiçik dörd bacı-qardaşının həyatda ayaq tutmasına yardımçı oldu, altı övlad böyütdü, zəhmətkeşlik, elmə bağlılıq, vətənpərvərlik və insanlıq dəyərlərini həmişə qorudu və indiyə qədər də onlara sadiqdir.

Gah fəhlə, gah mühəndis işləyən atam yaradıcılıqla da məşğul olub. "Təmkin" təxəllüsü ilə şeirlər yazır, bir neçə kitabı çıxıb, pyesləri səhnələşdirilib. Bütün bunları isə bir əyalət şəhərində istehsalatda işləmklə nail edib.

Mühəndis olmağına baxmayaraq tarix və ədəbiyyatıla bağlı bilgiləri çox zəngindir. Ondan öyrənilməli hələ çox məsələlər var”

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı