Modern.az

Fuad Muradov AVRONEST-də çıxış etdi - FOTOLAR

Fuad Muradov AVRONEST-də çıxış etdi - FOTOLAR

Aktual

23 Sentyabr 2013, 16:11

“Cənub qaz dəhlizi” Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcək” Vilnüsdə Avronestin Enerji Təhlükəsizliyi Komitəsinin “Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri sahəsində Şərq tərəfdaşlığının perspektivləri” mövzusunda ikinci seminarı keçirilib. Seminarda Litva Seymi sədrinin müavini İrena Dequtyane, Seymin Energetika Komissiyasının sədri Kestutis Daukşis, Litvanın energetika nazirinin müavini Aleksandras Ransdorf, Almaniya Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunun, Berlin Azad Universitetinin Ekoloji Siyasət üzrə Elmi-Tədqiqat Mərkəzinin nümayəndələri, ekspertlər iştirak edib. Azərbaycanı tədbirdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov və deputat Rasim Musabəyov təmsil edib. Seminarda Avropada alternativ və bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən layihələr müzakirə edilib. İştirakşıların “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın potensialı, Avropa ölkələrinin və tərəfdaşların enerji təhlükəsizliyi məsələlərində birgə səyləri barədə məruzələr dinlənilib. Seminarda çıxış edən AVONEST Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov bildirib ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu Avropa qitəsində çox böyükdür. Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib. Ötən əsrin 90-cı illərində mürəkkəb geosiyasi vəziyyətdə ciddi çətinliklərlə üzləşən Azərbaycan zəngin təbii sərvətlərini istifadə etmək haqqında strateji qərar qəbul etməklə, həm də Azərbaycanın Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğunu nümayiş etdirib. Enerji Komitəsinin sədri vurğulayıb ki, 2006-cı ilin noyabr ayında Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozunun Brüsseldə imzaladığı “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib. Bu isə yeni ixrac imkanlarını inkişaf etdirmək zərurəti yaradır. Bu baxımdan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında imzalanan TANAP layihəsinin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Bu layihə “Cənub qaz dəhlizi”nin uğurlu icrası üçün əsas şərt olmaqla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox vacib amildir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçiriləcək. “Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsidir. TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. “Enerji resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır”-deyə F.Muradov bildirb. Onun sözlərinə görə, Azərbaycan, tranzit ölkələr və Avropa ölkələri “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində israrlıdırlar. Bu zəmində Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” ilə bağlı strateji tərəfdaşlıq üzrə memorandum geosiyasi, geoiqtisadi bir layihədir. Bu layihə Avropanın enerji xəritəsinə yeni məqamlar gətirəcək. F. Muradov vurğulayıb ki, belə vacib geosiyasi missiyada vacib həlqə olan Azərbaycan üçün əsas problem torpaqlarının işğal altında qalmasıdır. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmiz öz torpaqalrının 20 faizədək olan hissəsini itirib, bir milyona yaxın vətəndaş ev-eşiyindən didərgin düşüb. Xüsusi qeyd etmək lazımdır ki, bu münaqişənin həlli tapılmadıqca regionda sabitliklə bağlı ciddi təhdidlər qalmaqda davam edir”-deyə Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri çıxışında bildirib. Seminarın yekunları ilə bağlı keçirilən mətbuat konfransında AVRONEST Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, deputat Fuad Muradov jurnalistlərin suallarını cavablandırıb.


 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı