Modern.az

Prezident icra başçısına orden verdi

Prezident icra başçısına orden verdi

Aktual

25 Sentyabr 2013, 18:58

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Malik Xızır oğlu İsaqov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Modern.az-ın məlumatına görə, Malik İsaqov Qubadlı rayon İcra Hakimiyyətinin başçısıdır.
Sentyabrın 26-da onun ad günüdür.

Malik Xızır oğlu İsaqov  26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub.
1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə zavodun direktoru olub.
2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir. 2 övladı var.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı