Sentyabrın 26-da Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) nümayəndə heyyəti Türkiyəyə səfər edəcək. Oktyabrın 3-dək davam edəcək səfərdə AMAC Təşkilat Komitəsinin sədri Hürrü Əliyev partiya üzvləri Rafiq Turabxanoğlu, Həsən Qasımov, Azər Talıbov müşaiət edəcəklər.
Səfər çərçivəsində Ankara, İstanbul, Yalova şəhərlərində Türkiyə rəsmilərindən millət vəkilləri, siyasi partiya nümayəndələri, dərnək başqanları, sənət adamları ilə və digər bir sıra görüşlər nəzərdə tutulur.
Qeyd edək ki, nümayəndə heyyəti həmçinin Yalovada keçiriləcək “Doğu Türkistan” konfransında iştirak edəcək, yeni yaradılmış partiyanın məram və məqsədi, qardaş ölkədə tanıdılması istiqamətində ətraflı məlumat verəcəklər. O cümlədən Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız, bir sözlə Bütöv Azərbaycan problemlərini diqqətə çatdıracaqlar.
Modern.az