25 sentyabr 2013-cü il tarixdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Quliyev Fərəc İbrahim oğlu Şamaxı rayon seçiciləri ilə görüş keçirib.
Yerli hökumət orqanları seçicilərin prezidentliyə namizədlə görüşünə mane olması üçün ciddi şəkildə tədbirlər görüblər. Belə ki, rayon mərkəzində təhsil işçilərinin həmkarlar ittifaqının binasına gələn bütün yollar bağlanıb, görüşə gələn insanlar mülki geyimli məmurlar və polislər tərəfindən hədələnərək geri qaytarılıb, ikinci görüş nəzərdə tutulan Göylər kəndi polislə əhatəyə alınmış kəndlərdən rayon mərkəzinə gələn yollara polis postları qoyulub, insanlar geri qaytarılıb.
Bütün bu maneçiliklərə baxmayaraq rayon mərkəzində yüksək səviyyədə görüş baş tutub. Görüşün sonunda MDHP Güney Azərbaycan Departamentinin sədri, vətənpərvər mahnıların müəllifi və ifaçısı Əlirza Amanbəyli öz ifası ilə zalı coşdurub. Partiya bütün baş verənlərlə bağlı MSK-ya və digər müvafiq orqanlara müraciət ünvanlayıb. Partiya adından görüşdə iştirak edən və iştirak etməyə cəhd edən, amma geri qaytarılan bütün Şamaxılılara dərin təşəkkür edilib.











Modern.az