Modern.az

"Heyvanlar da ermənilərdən qaçır”

"Heyvanlar da ermənilərdən qaçır”

Aktual

26 Sentyabr 2013, 16:30


Ermənilərin işğal altındakı torpaqlarımızda yanğınlar törətməkdə davam edir. Hətta bu barədə Türkiyə mətbuatı da yazıb. Türk mətbuatı Azərbaycan, Ermənistan cəbhə xəttində ermənilərin törətdiyi meşə yanğınları və bu səbəbdən zəhərli ilanların cəbhə boyu kəndlərə etdiyi hücumdan yazıb. Sərhədboyu ərazidə yanğınlar səbəbindən yüzlərlə zəhərli ilan, müxtəlif həşəratlar Azərbaycan kəndlərinə keçib. Müharibə səbəbindən çətin şərtlərdə yaşayan kəndlilər, bir tərəfdən də zəhərli ilanlardan qorunmağa çalışır. Həm insan həyatını həm də ev heyvanları təhdid edən ilanlar, 1,5 metrlik boylarıyla bölgə xalqının qorxulu yuxusuna çevrilib. Xüsusilə əkili sahələr və heyvan barınaklarına girən ilanlar bir çox insanın zəhərlənməsinə, çox sayda heyvanın isə tələf olmasına səbəb olub. Düşmən hərbçilərinin nəzarəti altında olan ərazilərdə isə kənd sakinləri tarlalardakı məhsulunu yığmaqda çətinlik çəkən bölgə xalqı bir də ilanlarla mübarizə etdiklərini bildirirlər.

Qarabağ bölgəsindən seçilmiş deputat Bəxtiyar Sadıqov Modern.az-a bildirib ki, erməni ayağı hara dəyirsə, ora xarabalığa çevrilir. “Ağdam artıq ruhlar şəhəri olub və bir dənə də olsun salamat ev, tikili qalmayıb. Heç insanlar erməniləri görəndə onlara girov düşməmək üçün baş götürüb qaçmırlar. Hətta vəhşi heyvanlar, siçovullar belə, ermənilərlə birlikdə yaşamaq istəmirlər. Buna ermənilər özləri də dırnaqarası köməklik edirlər. Xüsusən də taxıl, meyvə yetişən zaman boş ərazilərdəki otları yandırırlar. Yanan od da Azərbaycan tərəfinə keçərək, təsərrüfata ziyan vurur. Bütövlükdə isə yanğınlar çoxillik ağacları da qurudur. Beləliklə, təbiəti də qurudurlar. Düşmən tərəfi əsasən də küləyin Azərbaycan tərəfə əsməsini gözləyir. Yanğınları məhz o zaman törədirlər ki, tüstü, od Azərbaycan tərəfə keçsin. Yanğından qaçan sürünən heyvanlar, həşəratlar Azərbaycan tərəfinə keçir. Bunun qarşısını almaq mümkün deyil. Təbii ki, vəhşi heyvanların Azərbaycan tərəfinə keçməməsi üçün sədd tikə bilmərik. Amma yanğınların qarşısını almaq üçün Azərbaycan tərəfində olan əraziləri şumlamaq enli boş zolaq yaratmaq olar ki, yanan otlar Azərbaycan tərəfinə keçməsin. Yəni onların gözünə dinc əhali görünən kimi snayperlər vurub qətlə yetirirlər. Yanğınlardan sonra heyvanların Azərbaycan tərəfinə keçməsi də faciə ilə nəticələnir. İlan sancmalarının sayı artır. Amma onları da zərərsizləşdirmək mümkün deyil. Yalnız, insanlar özlərini qoruyurlar və ilin müxtəlif fəsillərində onlara qarşı dərmanlama işləri aparılır. Nə qədər ki, torpaqlarımız işğaldadır  ermənilər öz vəhşiliyini, murdarlığını göstərəcək.  Belə davam etdikcə ermənilər təbiətimizə ziyan vuracaq və insanlarımız  da ya düşmən gülləsindən, ya da ki, yanğınlar nəticəsində Azərbaycan tərəfə keçmiş zəhərli heyvanların qurbanı olacaqlar. Bunun yeganə çıxış yolu torpaqlarımızın geri qaytarılmasıdır. Bu istiqamətdə çox ciddi işlər gedir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirdilər ki, ermənilərin işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz hərəkətləri ilə bağlı nazirlik dəfələrlə beynəlxalq qurumlara müraciət edib.

Gültəkin ƏLƏSGƏR 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı