Modern.az

Mənzilə tələbat var, amma alqı-satqı ölü nöqtədədir – PROBLEM

Mənzilə tələbat var, amma alqı-satqı ölü nöqtədədir – PROBLEM

Aktual

27 Sentyabr 2013, 12:48


2008-ci ilin sonuna qədər tikinti sektorunda bir canlanma müşahidə edilirdi. Həmin ərəfədə paytaxtın demək olar ki, hər bir məntəqəsində yaşayış binalarının şıdırğı tikintisi gedirdi. Lakin sonradan dünyada baş verən maliyyə böhranı nəticəsində bu proses səngidi. Hətta həmin dövrdən bu günə qədər tikintisi başa çatmayan çoxsaylı binalar da qalıb. Digər tərəfdən, tikinti sektorunda müəyyən fırıldaqlar da üzə çıxdı. Belə ki, bəzi tikinti şirkətləri tikdikləri binalarda bir mənzili bir neçə nəfərə satmaq üstündə cinayət məsuliyyətinə də cəlb olunub.

Ölkədə mənzillərinə olan tələbat günü-gündən artır. Bu artım indi tikinti prosesini əhəmiyyətli dərəcədə üstələyib. Modern.az qısa bir araşdırma aparıb.

“MBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimlinin fikrincə, əvvəlki illərdə olduğu kimi, bu ilin də yay aylarında yaşayış mənzil bazarında aktivlik səngiyib və yaz ayları ilə müqayisədə 30-35%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 6.1% aşağı olub. Onun sözlərinə görə, avqustun son dekadasında və sentyabrın 15-nə qədər kirayə bazarında aktivlik yüksək olub, qiymətlər bu müddət ərzində aktivliyə uyğun olaraq artıb. Təkrar mənzil bazarında orta qiymət 1298 azn/kv.m, ilkin bazarda isə 815 azn/kv.m təşkil edir. Konsaltinq rəhbərinin dediyinə görə, qiymətlər təkrar mənzil bazarda ay ərzində 2.19% azalıb, il ərzində isə 15.82% artıb. İlkin bazarda isə ay ərzində 4.32%, il ərzində isə 19.84% artım müşahidə olunub. Ekspert hesab edir ki, mənzil bazarındakı bahalaşma yaşayışın maya dəyərinin artması ilə bağlı olub.  “Bu il tikinti materillarında qiymət artımı olmayıb. Odur ki, mənzillərin bahalaşmasını tikinti materiallarının bahalaşması ilə bağlamaq olmaz. Mənzillərin qiymətinə əsasən yaşayışın maya dəyərinin bahalaşması, insanların real gəlirlərinin artması və bu gəlirlər əməkhaqqı formasında yox, əlavə qazanc formasında olması təsir edib. Bundan başqa, investorlar qiymətlərin artımında maraqlı tərəf olduğundan qiyməti qızışdırırlar. İqtisadi qanunlara uyğunluq müşahidə olunur. Qiymətlər 3-5 il ərzində azalır, növbəti mərhələdə isə 8-12 il artır. Hazırda artım mərhələsini yaşayırıq”.   

Onu da qeyd edək ki, Bakının birinci zonası hesab edilən mərkəz və onun ətrafında mənzillərin bir kvadratmetrinin qiyməti 1935 manatdır. Paytaxtın ikinci zonasında 1436, üçüncü zonasında 1114, dördüncü zonasında isə 941 manatdır.   

“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru  Ramil Osmanlı hesab edir ki, ilin ötən beş altı ayı ilə müqayisədə mənzil bazarındakı qiymət artımı tipik xarakter daşıyır. Qiymət artımının davamlı olacağını deyən ekspert hesab edir ki, bahalaşma oktyabr ayının ortalarında daşınmaz əmlak bazarının ayrı-ayrı seqmrntlərində, o cümlədən təkrar mənzil bazarında da müşahidə olunacaq. “Bahalaşmanın bir səbəbi də ipoteka kreditinin qismən səngiməsi ilə bağlıdır. İpoteka sistemində müzakirələr aparılır. Düzü, müzakirələrdən sonra ciddi dəyişikliklərin olacağına inanmıram. Amma həmin müzakirələr də mənzil bazarındakı qiymətlərə təsirsiz ötüşmür. Zənnimcə, ipoteka kreditindən yararlanmaq istəyənlərin əksəriyyəti gözləmə mövqeyindədirlər. Onlar düşünürlər ki, ipoteka kreditləşməsində ciddi islahatlar aparılacaq. Faiz dərəcələri aşağı salınacaq. İpotekadan yayarlanmaq imkanları artacaq. Ona görə də hələ ki, gözləyirlər”.

Son bir neçə ayda torpaq bazarında da qiymət artımı müşahidə olunur. Ekspert torpaq sahələrində qiymət artımı və azalmasının tendensiya halını aldığını deyir. “Torpaq bazarındakı vəziyyət bazarın ümumi konyekturasına uyğun dəyişir. Hər il üçün də demək olar ki, xarakterikdir. Hər il yay aylarında torpaq bazarının seqmentinin sərhədləri regionlara doğru genişlənir. Paytaxtda torpaq bazarında passivlik müşahidə olunur. Bu il də eyni vəziyyət təkrarlanıb. İnsanlar daha çox regionlardakı torpaq bazarlarına müraciət edirlər. Xüsusilə də dağlıq və dağətəyi rayonlarda, turizm bölgələrində mənzil almağa üstünlük verirlər. Havalar soyuqlaşdıqca isə paytaxtın mənzil bazarında aktivlik müşahidə olunur. Fərdi yaşayı. Evlərinin staılmasında ciddi aktivlik yoxdur. Mənzilklərin alqı-satqısında çox cüzi şəkildə aktivlik olsa da, təkrar mənzil bazarında təklifin məhdudlaşmasıdır. Demək olar ki, bu gün təkrar mənzil bazarında agentlər satmağa mənzil tapa bilmirlər. Bu da təbii ki, bazarda süni qiymət artımın asəbəb olur”.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı