Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin seçki təşviqatı ilə bağlı Lənkəranın Veravul və Osakücə kəndlərində görüş keçirib. Deputat seçicilərə prezidet İlham Əliyevin dövlət quruculuğu ilə bağlı apardığı sistemli və ardıcıl işlərdən danışıb. YAP funksioneri qeyd edib ki, Azərbaycan dövlətinin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılması və əmin–amanlığın təmin olunmasıdır.
Millət vəkili vurğulayıb ki, ölkəmizin BMT-nin təhlükəsizlik şurasına sədirlik etməsi dövlətimizin beynəlxalq nüfuzundan, Prezidentimizin böyük hörmətindən xəbər verir.
Deputat müzakirələrin gedişində Milli Şuradan söz açıb. H.Rəcəbli Milli Şura üzvlərinin mətbuatda səsləndiyi ittihamların əsassız və cəfəng olduğunu bildirib.
Veravul kəndində çıxış edən Xəzail Rəcəbov, Ayaz Nemətov, Osakücə kəndində Allahverdi Həbibov bu yazıları cəfəngiyat və bu adamları heç bir sosial bazası olmayan boşboğazlar adlandırıb.
Beş mindən çox seçiciləri olan bu kəndərdə xalqın hamılıqla prezident İlham Əliyevə səs verəcəkləri səsləndirilib.
Seçicilər populizim və deletant yazılara inanmadıqlarını, bu yazılar və debatlarda ki, çıxışlarla müxalifətin özünü biyabır etdiyi bildirib.

Modern.az