Modern.az

Olimpiya çempionu Elnur Məmmədli: “Diz qapağım plastmasdır, şruplarla bağlanır” - MÜSAHİBƏ

Olimpiya çempionu Elnur Məmmədli: “Diz qapağım plastmasdır, şruplarla bağlanır” - MÜSAHİBƏ

Aktual

3 Oktyabr 2013, 14:06


Cüdo üzrə dünya və olimpiya çempionu Elnur Məmmədli Modern.az saytının suallarını cavablandırıb

- Elnur bəy, xeyli vaxtdır görünmürsünüz. Hazırda nə işlə məşğulsunuz, məşq edirsinizmi?

- Hazırda dizimin müalicəsi ilə məşğulam. Müalicənin maddi tərəfini dövlət üzərinə götürüb. Sağ dizimdə və sol çiynimdə ciddi zədələr var. Ola bilsin ki, yenidən əməliyyat olundum.

- Bu zədələr nə vaxtdan idi?

- 2008-ci ildə Pekində aldığım zədələr də var idi. Sonra da sağ dizimdən 4 dəfə əməliyyat olundum. Diz qapağım plastmasdır, şruplarla bağlanır. Axırıncı dəfə dünya çempionatından əvvəl Belarusda çiynim də zədələndi.

- Dediniz ki, diz qapağınız plastmasdır?

- Bəli, bəli.

- Mətbuatın yazdığına görə, Cüdo Federasiyasına vitse-prezident təyin olunmusunuz.

- Gün ərzində bununla bağlı xeyli zənglər gəlib. Amma hələ ki, rəsmi bir şey yoxdur. Allah eləməsin, karyeramı bitirsəm, elə bir şey ola bilər. İndi zədələrimin bərpası ilə məşğulam. Bərpa prosesindən sonra özümü yaxşı hiss etsəm, karyeramı davam etdirəcəyəm.

- Həm karyeranızı davam etdirib, həm də vitse-prezident olmağınız mümkündürmü?

- Belə bir şey mümkün deyil.

 - Dünyada oynayan məşqçilər var.

- Bizdə belə bir şey görməmişəm.

- Məşq edirsiniz?

- Yüngül məşqlər olur. Trenajor zalında qurşaqdan yuxarı məşqlər edirəm ki, bədənim ölməsin. Ayaq nayihəmdə problem var, gəzəndə axsayıram. Bir aydan sonra müalicənin nəticələri bilinəcək. Karyeramı davam etdirmək alımasa, məşqçi kimi gələcəyin idmançılarını hazırlayacağam.

- Bir neçə gündən sonra prezident seçkisidir. Prosesi izləyirsiniz?

- Bəs nə?! Bizim bir dövlətimiz, bir bayrağımız, bir himnimiz, bir prezidentimiz var, o da cənab İllham Əliyevdir. Çünki onun idmandan tutmuş incəsənətə qədər göstərdiyi diqqət göz qabağındadır. Hər şey yüksək səviyyədədir.  Azərbaycan Avrropanın ən gözəl ölkələrindən birinə çevrilib. Yollarımız gözələşir, insanların yaşayışı yaxşılaşır. Bütün bunlarda cənab prezidentin əziyyəti çoxdur. Bunu necə danmaq olar? Bütün gəncləri İlham Əliyevə, gələcəyimizə  səs verməyə çağırıam.

- Siz hansı dairədə  səs verəcəksiniz?

- Nəsimi rayonunda qeydiyyatdayam. Artıq seçki dairəsindən evə kağız göndəriblər. Ailəmiz bir nəfər kimi İlham Əliyevə səs verəcək.

- Digər namizədlərdən kimisə tanıyırsınız?

- Heç maraqlı da deyil, maraqlanmamışam da. Yəqin k, istəsəm maraqlanardım. İlham Əliyevdən başqa heç bir namizədi tanımıramm. Bütün nəslim bir nəfər kimi YAP-ın üzvüdür.

- Həm də yol polisi inspektorusunuz. İşə çıxırsınız?

- Hələ ki, işə çıxa bilmirəm. Hazırda polis kapitanıyam, inspektoram. Fəxr edirəm ki, daxili işlər orqanlarının işçisiyəm.

- İşdə güzəşt edirlər?

- Çox sağ olsun nazir Ramil Usubov ki, mənə şərait yaradır, idmanımı edirəm. Karyeram bitəndən sonra işimizə də çıxacağıq. Nə iş versələr, canla-başla hazıram. Azərbaycanın müstəqillik dövründə cüdodan ilk olimpiya çempionu mən oldum. Dünya çempioni da mən olmuşam. Federasiya prezidenti Füzuli Ələkbərovun rəhbərliyi altında cüdomuz inkişafdadır, yeni nailiyyətlər var. Bircə bu zədələrdən qurtulum, hər şey yaxşı olacaq.

- Cüdomuzun ən böyük uğurları sizin və Nazim Hüseynovun adı ilə bağlıdır. Bu səviyyədə idmançılar yetişəcəkmi?

- Elnurdan da, Nazimdən də yaxşı idmançılar yetişdirməliyk. Belə perspektivli uşaqlar çoxdur. Yeniyetmələr arasında dünya çempionumuz oldu. Gənclər arasında bu yaxınlarda 2 Avropa çempionumuz oldu.

İntiqam Valehoğlu

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı