Modern.az

YAP-çı deputat seçicilərini səsverməyə çağırdı - FOTOLAR

YAP-çı deputat seçicilərini səsverməyə çağırdı - FOTOLAR

Aktual

4 Oktyabr 2013, 07:58

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Hadi Rəcəbli seçicilərlə növbəti silsilə görüşlər keçirib.  Sentyabrın 16-dan etibarən seçicilərlə görüşlərə başlayan millət vəkili Lənkəran şəhərində seçki dairəsi ərazisində yerləşən kəndlərdə növbəti görüşlərini keçirib. Deputat daha iki kənddə, Viyən və Kənarmeşə kəndlərində olub. Millət vəkilinin bu günə qədər keçirdiyi görüşlər rayonun 25 kəndini əhatə edib.

Seçicilərlə görüşündə Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfüzündan, dünya dövlətləri arasında söz sahibi olmasından, Cənubi Qafqazda ən uğurlu siyasi və iqtisadi gücə malik olmasından danışan H.Rəcəbli, həmçinin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son 10 ildə ölkəmizdə quruculuq və abadlıq işlərinin aparılması, insanların sosial rifah halının yaxşılaşması və yeni iş yerlərinin açılması istiqamətində reallaşdırılan layihələr haqqında müqaisəli rəqəmlərin dili ilə danış, əldə olunan bütün bu nailiyyətlərin Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.

H.Rəcəbli həmçinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 9 oktyabr - Prezident seçkiləri ilə bağlı seçicilərinə ətraflı məlumat verib. Millət vəkili Azərbaycan xalqının firavan və xoşbəxt gələcək naminə seçicilərini Prezident seçkilərində aktiv iştiraka və ölkə prezidenti olmağa layiq olan namizəd üçün doğru seçim etməyə çağırıb.

Sonda seçicilər bir səslə İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı