Modern.az

Azərbaycan əsgərinin asılmış meyiti tapıldı

Azərbaycan əsgərinin asılmış meyiti tapıldı

Aktual

4 Oktyabr 2013, 10:30

Azərbaycanda hərbçinin meyiti tapılıb. Hadisə Gəncə şəhərində qeydə alınıb. Kəpəz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğludur.

Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...