Modern.az

Azərbaycandakı vunderkid şagirdlər - 1-ci sinifdən birbaşa 3-sində keçirilənlər...

Azərbaycandakı vunderkid şagirdlər - 1-ci sinifdən birbaşa 3-sində keçirilənlər...

Aktual

4 Oktyabr 2013, 12:46


Əvvəlki tədris illərində ümumtəhsil məktəblərində yaxşı oxuyan və dərs proqramını digərlərinə nisbətən tez qavrayan şagirdlərin sinifləri bir pillə irəliləməsinə icazə verilirdi. Məsələn, 3-cü sinifdə oxuyan şagird proqramı yaxşı bilirdisə, o, birbaşa 5-ci sinfə qəbul edilirdi. Son olaraq belə fakt bu il ali məktəbə qəbul olan ən gənc abituriyent – 15 yaşlı tələbədə müşahidə edilib. Belə ki, İsmayıl İsmayılov 1 və 2-ci siniflərin dərs proqramını evdə öyrəndiyi üçün Təhsil Nazirliyində imtahan verərək birbaşa 3-cü sinfə gedib.

Təhsil Nazirliyindən şagirdlərin sinifləri belə keçməsinə icazə verilib və ya verilmədiyini, bunun hansı mexanizmlə aparıldığını öyrənməyə çalışdıq. Nazirlikdən Modern.az-ın sorğusuna bir cümlə ilə cavab verilib ki, şagirdlərin hər hansı bir sinfi oxumadan yuxarı sinfə keçirilməsi mexanizmi mövcud deyil.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı