Modern.az

Deputat qubalılarla görüşüb problemlərini dinlədi - FOTOLAR

Deputat qubalılarla görüşüb problemlərini dinlədi - FOTOLAR

Aktual

4 Oktyabr 2013, 13:44

Millət  vəkili  Vahid  Əhmədov Quba  rayonunda  seçiciləri  ilə görüşüb. Deputatın qərargahında Modern.az-a verilən məlumata görə, rayonun  Zərdabi  və Hacıqayıb kəndlərində baş  tutan görüşlərdə  keçən  müddət ərzində  görülmüş işlər  barədə  məlumat  verən  millət vəkili  əhalini  narahat  edən  məsələlərlə də  yaxından   tanış  olub.

Payızın gəlişi  və məhsulun  yığımı  ilə  bağlı   kənd  camaatını  ən  çox qayğılandıran  məsələlər- məhsulun   satışı   və   saxlanması  geniş  müzakirə  mövzusu  olub. Bu  yaxınlarda  problemin ölkə prezidenti  səviyyəsində   qaldırıldığını   və  müvafiq  tədbirlərin görüləcəyini  deyən  millət  vəkili  məsələnin nəzarətə götürüldüyünü qeyd  edib. Bir  çox  digər   suallar ətrafında da  müzakirələr  aparılıb.           

Sonradan  Quba  şəhərində  yerləşən  ofisdə  vətəndaşların qəbulu  aparılıb. Qəbula  gələn  28 seçici  deputat tərəfindən  qəbul  edilib. Əsasən  işsizlik, mənzillərlə  təminat, torpaqların  verilməsi  və  təsərrüfat  qayğıları  ilə  bağlı  məsələlər   qəbula  gələnlər  tərəfindən  tez-tez səsləndirilib. Bəzi  problemlərlə  bağlı operativ  qərarlar  qəbul edilib, həlli vaxt  tələb   edən  məsələlər  nəzarətə götürülüb.
         


Modern.az                                      

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı