Modern.az

QDİƏT Azərbaycandakı seçkiləri izləyəcək

QDİƏT Azərbaycandakı seçkiləri izləyəcək

Aktual

4 Oktyabr 2013, 14:10

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu 9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərəcək.

Bu məqsədlə Foruma daxil olan üzv ölkələrin nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri oktyabrın 8-dən 10-dək Azərbaycanda səfərdə olacaqlar. Onlar Bakıda yerləşən çoxsaylı seçki məntəqələrində seçki prosesinin gedişatını müşahidə edəcək, eyni zamanda seçki subyektləri ilə görüşəcəklər. Forumun müşahidəçi qrupu seçkidən öncə və sonra KİV üçün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu 2012-ci ildə yaradılıb və quruma 11 ölkədən olan çox sayda qeyri-hökumət təşkilatları daxildir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı