Modern.az

Müxalifətin dindarlardan istifadə cəhdləri iflasa uğradı

Müxalifətin dindarlardan istifadə cəhdləri iflasa uğradı

Aktual

7 Oktyabr 2013, 17:31


Azərbaycanda keçiriləcək prezident seçkilərinə 2 gündən də az vaxt qalıb. Konstitusiyada təsbit edilən haqqlarından istifadə edərək, vətəndaşlar 10 namizəd sırasından növbəti 5 il üçün dövlət başçısın ıseçməlidirlər. Seçki qabağı mübarizə, demək olar ki, xüsusi barışmazlıqla, bəlkə də, xüsusi amansızlıqla yadda qaldı.Təşviqat xarakterli materialların toqquşması sosial şəbəkələrdə də geniş vüsətal dı.Tam məsuliyyətlə deməkolar ki, istisnasız olaraq bütün namizədlər müasir texnologiyaların bu fenomenindən kifayət qədər yararlandılar. Sirr deyil ki, son illər ərzində 

Azərbaycanda inanclııların, o cümlədən fəal sosial və vətəndaş mövqeyindən çıxış edənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb.Bu factor ölkə prezidentliyinə namizədlərin də nəzərindən qaçmadı. Əgər əvvəl ki prezident seçkiləri ərəfəsində heç Bir namizəd dindarlar arasında faktiki olaraq təşviqat kampaniyası aparmırdısa, bu dəfə mənzərə tam başqadır.Bəzi namizədlər seçki qabağı çıxışların da inanclılara tam müstəqil electoral seqment kimi (İlyasİsmayılov, SərdarCəlaloğlu, CəmilHəsənli) müraciət edirdilər, bəziləri isə (İqbalAğazadə) hətta dindarlara hesablanan roliklər belə ərsəyə gətirməyi özlərinə rəva bildilər. Seçkilər ərəfəsində aparılan sorğular göstərirki, müxalifət KİV-in Milli Şura və dindar təbəqənin sarsılmaz vəhdəti haqqın da bəyanatlarına əks olaraq, inanclılar bu seçkilərdə müstəqil mövqe nümayiş etdirdilər: onlar özlərini konkret və da siyasi məqsədlər üçün istifadə etmək niyyətində olan qrupların marionetlərinə çevrilmədilər. Əksinə, bu cəhdlər dindarların fəal müqaviməti iləüzləşdi. Buna sübut: sosial şəbəkələrdəki dini səhifələrdə ən çox populyarlıq qazanan İnternet rejimdə fəaliyyət göstərən “Qütb TV”-nin müxalifətin dindarları seçkiqabağı mitinqlərinə “qurbanlıq” kimi cəlb etmək cəhdlərindən bəhs edən videorolik oldu. 

Müxalifətin dini təbəqəni sosial şəbəkələrdə səfərbər etmək istəyi də iflasa uğradı. Belə ki, müxalifət namizədi Cəmil Həsənlinin təşviqatını həyata keçirən Facebook səhifəsini 2 ay ərzində cəmi 300 istifadəçi bəyənib.Müqayisə üçün qeyd edək ki, inanclıların cəmi 1 ay əvvəl hazırki prezident İlham Əliyevi dəstəkləmək məqsədi ilə yaratdıqları «İnanclıların seçimi – Seçkilər 2013»səhifəsini 30 mindən çox istifadəçi “layk” edib. 

Qeyd edək ki, sözü gedən səhifədə İlham Əliyevin ölkənin dini sahəsindəki fəaliyyətini, onun məscidlərin, ziyarətgahların tikintisi və təmirinə dair təşəbbüslərini, həmçinin dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri əks etdirən materiallar dərc olunur.  

Araz İmanoğlu

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı