Modern.az

Türkiyədən qayıdan partiya sədri hesabat verdi - FOTO

Türkiyədən qayıdan partiya sədri hesabat verdi - FOTO

Aktual

8 Oktyabr 2013, 13:10

Hürrü Əliyev və onun rəhbəri olduğu Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının Təşkilat Komitəsinin (AMAC) nümayəndə heyəti bu günlərdə qardaş Türkiyədə səfərdə olub. AMAC təşkilat komitəsinin sədri Hürrü Əliyev, təşkilat komitəsinin üzvləri Rafiq Turabxanoğlu, Həsən Qasımov və Azər Talıbovun iştirak etdiyi səfər çərçivəsində qardaş ölkədə bir sıra mühüm görüşlər keçirib. Səfər Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıt Qəbri və Məhəmməd Əmin Rəsulzadənin, Alparslan Türkeşin və Möhsün Yazıçıoğlunun  məzarını ziyarətlə başlanılıb. AMAC rəhbərliyinin Türkiyədə ilk görüşü Azərbaycan Kültür Dərnəyinin Ankara ofisində dərnəyin başqanı Cəmil Ünal və başqan yardımçısı Səlcuq Onalla keçirilmişdir.  

Bundan başqa H.Əliyevin rəhbərliyi altında AMAC təşkilat komitəsinin üzvləri Böyük Birlik Partiyasının mərkəzi qərargahında BBP-nin sədri Mustafa Dəstəci, Genel sekretar başkanı Üzeyir Tuncla görüşmüşlər. Onu da bildirək ki, həmin görüşə Möhsün Yazıçıoğlunun oğlu Furkan Yazıcıoğlu da qatılıb. AMAC rəhbərliyinin Türkiyədə keçirdiyi önəmli görüşlərdən biri də Milliyətçi Türkiyə Partiyasının başkanı Ahmet Yılmaz, baş katib Ferrux Kapancıoğlu, İraq Türkleri Dərnəyinin başqanı Mahmud Kasapoğlu, Türk Kardeşlik hərəkatı başkanı Ali Göngör, Türkiyə KAMU-SEN başqanları ilə görüşlər olub. Hürrü Əliyev və AMAC təşkilat komitəsi üzvlərinin Türkiyə səfərinin zirvə nöqtəsi isə Cümhuriyyət Xalq Partiyasının sədri, Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlu ilə görüşdür. Təşkilat rəhbərlərinin təkbətək görüşündə Hürrü Əliyev iki qardaş ölkənin yaşadığı problemlərdən danışıb və ardından AMAC sədri Kılıçdaroğlunu keçirilməsi nəzərdə tutulan 1-ci təsis qurultayına da dəvət edib. Görüşdə Kamal Kılıçdaroğlu AMAC-a və onun rəhbərliyinə uğurlar diləyərək, əlaqələrin davamlı olacağında maraqlı olduqlarını da ifadə edib.

Bundan başqa Hürrü Əliyev və AMAC nümayəndələri bir zamanlar Türkiyəni Azərbaycanda və ABŞ-da səfir kimi təmsil etmiş məşhur diplomat, Türkiyənin ana müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının sədr müavini Faruk Loğoğlu, AKP-nin xariciəlaqələr şöbəsinin müavin danışmanı Tuba Nur Sönməzlə, Türk Ocaqları Dərnəyi Ankara şöbə başkanı Türkan Hacaloğlu, Elçibəysevər Kara Küvvetler komutanlığının emekli Albayları ilə görüş keçirmişdir. Türkiyə siyasi həyatında önəmli fiqurlar olan şəxslərlə belə görüşlərin isə ciddi əhəmiyyət daşıdığı məlumdur.


Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı