
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev prezident İlham Əliyevə telefon açaraq, onu oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bu barədə Qüdrət Həsənquliyev özü məlumat verib. Xatırladaq ki, BAXCP sədri bu gün səhər NATO Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Xorvatiyaya yola düşüb.
Modern.az