Ölkədə demoqrafik vəziyyətlə bağlı maraqlı göstəricilər var. Modern.az saytı 2014-cü il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı cari ilin əvvəlində 55.3 min nəfər və yaxud 0.6 faiz artaraq 2013- cü il iyun ayının 1-i vəziyyətinə 9411.8 min nəfər çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53.1 faizi şəhər, 46.9 faizi kənd yerlərində yaşayır. 49.7 faiz kişilərdən, 50.3 faiz qadınlardan ibarətdir. Əhalinin 22.3 faizi 0-14 yaşda, 71.9 faizi 15-64 yaşda, 5.8 faizi 65 və yuxarı yaşda olanlardır.
Ulduz İBRAHİMOVA