Modern.az

Azərbaycanda təhsil alan əcnəbilər bu ölkələrdəndir - SİYAHI

Azərbaycanda təhsil alan əcnəbilər bu ölkələrdəndir - SİYAHI

Aktual

26 Oktyabr 2013, 12:43


Son illər Azərbaycandan kənarda təhsil almaq istəyən gənclərin sayı artıb. Bu, özünü hər il dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almaq üçün göndərilən tələbələrin də sayında göstərir. 2013-cü ildə Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş namizədlərdən 783 nəfəri barədə müsbət qərar qəbul edilib.

Bununla yanaşı, Azərbaycanda təhsil almaq istəyən xarici ölkə vətəndaşlarının da sayında artım müşahidə edilir. Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər universitetlərdə xarici ölkə vətəndaşları olan tələblərə rast gəlmək mümkündür. Onlar əsasən Türkiyə, Orta Asiya ölkələri, Çin, Rusiyadan olan əcnəbi tələbələrdir.

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, 2012-2013-cü tədris ilinin əvvəlinə Azərbaycandakı dövlət və qeyri-dövlət ali məktəblərində təhsil alan xarici vətəndaşların sayı 3926 nəfər olub. Eyni zamanda dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin hazırlıq şöbələrində təhsil alan xarici vətəndaşların sayı 515 nəfər təşkil edib. Beləliklə,
2012-2013-cü tədris ili ərzində Azərbaycanda 4441 xarici vətəndaş Azərbaycan ali təhsil müəsissələrində təhsil alıb.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı