Modern.az

Türkiyəyə müalicəyə gələn azərbaycanlılar və Azərbaycan səhiyyəsinin günü..

Türkiyəyə müalicəyə gələn azərbaycanlılar və Azərbaycan səhiyyəsinin günü..

Aktual

29 Oktyabr 2013, 16:28

Məhsəti Şərif,
Türkiyə

İki ilə yaxindır ki Türkiyədə yaşayıram. Bu zaman ərzində ən çox rastlaşdığım məsələ yaxınlarımın, dostlarımın İstanbula xəstəxanaya gəlib müayinə olunmasıdı. Demək olar ki, hər ay kimsə gəlir. Burdakı türk qohumlarım, dostlarım hər dəfə sual edir, Azərbaycan kimi inkişaf etmiş, günü gündən gözəlləşən ölkədə səhiyyə bu qədərmi zəifdir? İnsanlar uzaq yol qət edir və bu qədər pul xərcləyərək tədavi olurlar? Cavabı onlara verməməyə çalışsam da, Türkiyə ilə Azərbaycan səhiyyəsi arasındakı fərqi yazmalıyam.

Azərbaycanda…

Azərbaycanda bir neçə il əvvəl səhiyyə sistemi demək olar ki çökmüşdü. Rüşvət, özbaşınalıq, avadanlıqların olmamağı, antisanitar tibb otaqları və s. Saymaqla bitməyən problemlər... Dövlət başçısının korrupsiyaya qarşı mübarizə qərarından sonra bu sisitemdə də islahatlara başlanıldı. Bir müddət (qısa zaman ərzində) hər şey yaxşı idi. Ən azından həkimlər tədaviyə gələnlərin əlinə baxmaga çəkinirdi. İndi heç kimə də sirr deyil ki, yeni avdanlıqlar alınıb, xəstəxanalar təmir edilib və bu proses davam edir. Amma yenə də həkimlərin gözləri xəstələrin cüzdanında.

Savadsız və işini bilməyən həkimlərin sayı artır. Buna səbəb Tibb Unversitetini bitirən yeni həkim namizədlərin xəstəxanalarda həmən iş tapmaları və ag xalatı geyinərək hec bir aşamadan keçmədən həkim olmalarldı. Bu adı aldıqdan sonra yalnız çox qazanmanın yolları düşünülür. Halbuki, inkişaf etmiş ölkələrdə heç kim unversiteti bitirən kimi bu statusa layiq ola bilmir. Ən azından bir neçə il usta həkimlərin yanında təcrübəçi kimi işləyir və çox çətin imtahandan sonra sərbəst işləməyə başlayır. Bir də oturuşmuş sisitemlər var ki, həkimləri düşündürən yanlız işlərindəki irəliyə getməyin yollarınını aramaqdı. Maləsəf, bizdə səhiyyə sisitemində cox ciddi  boşluqlar var və buna görə hələ də saglam insana xərçəng diaqnozu qoyan həkimlərimiz var. Hələ də doğum zamanı qadının sonluğunu içındə buraxıb onu ölümə sürükləyən Hipokratın davamçıları var.

Türkiyədə…

…Türkiyəyə yeni gəlmişdım və ilk dəfə həkimə gedəcəkdim. Mənim üçün ölkəmin sistemi vardı. Həkimə gedecəm, müayinə olunub “hörmət” edib, gələcəm. Amma mənə dedilər ki əvvəlcə həkimdə rahat və problemsiz müayinə olunmaq üçün “182-randevu” xitmətini ara. Dərdini söylə və istədiyin xəstəxanadan müayinə üçün gün al. Elə etdim. Birinci aşama başa çatmışdı. İkinci aşamada təyin olunan gün gələndə müayinəyə getmək idi. O gün gəldi və mən xəstəxanda müayinə olunacagim bölmədə danışmanlara yaxınlaşıb randevum olduğunu söylədim. Burdakıların təbirincə desək, mən yabançıyam və dövlət xəstəxanasında müayinə olunmam üçün ya odəmə etməliyəm ya da…

Amma mən Türkiyə vətəndaşı ilə ailə qurduğum üçün onun sığortasından da yararlanıram. Sığortalı insanlar xəstəxanalarda pulsuz müalicə olunur. Müalicə, müayinə, əməliyyat hər şey həyat yoldaşının dövlətə odədiyi sığorta ilə həll olur. Mən və övladım rahatlqla bu sığortadan istifadə edirik. Beləliklə də həkimlər heç kimə pul gözüylə baxmır və işində irəli getmək üçün xəstə məmuniyyətinə önəm verir. Mən sadəcə özümü misal gətirərək sistemdəki rahatlığı  anlatmağa çalışdım. Təbii ki, özəl xəstəxanalar da var və Türkiyə vətəndaşları bu xəstəxanalardan da rahatlıqla istifadə edə bilir. Sığortası olan insanlar özəl xəstəxanalara gedir və ödənişin yarsını verməklə müalicə və ya müayinə ola bilirlər.
Azərbaycanda da dövlət sığortası var. Mən sual edirəm, kim bu sığortadan yararlanıb və hansı şəkildə? Eyni zamanda bu ölkədə unversiteti bitirən kimi həkim olmaq o qədər də asan məsələ deyil. Düzdü, demək olmaz ki, bu ölkədə hər şey güllük gülüstanlqdı, amma ən azından 70 milyondan cox vətəndaşı olan ölkənin yanlışı daha azdı və bura müayinəyə gələn vətəndaşlarımız problemlərini çözə bilirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı