Modern.az

"Şəhidlər Xiyabanındakı bayrağa dedim ki..." - REPORTAJ - FOTOLAR

"Şəhidlər Xiyabanındakı bayrağa dedim ki..." - REPORTAJ - FOTOLAR

Aktual

22 Noyabr 2013, 14:48


Bugün kim üçünsə adi günlərdəndir.Amma mənimçün adi olmadı. Şəhidlərimizin ziyarətinə getdim.Sizə  asan görünə bilər, amma mən çiyinlərimdə ağır bir məsulliyyət hiss etdim. Xiyabana daxil olarkən insan sanki vicdanı ilə baş-başa qalır. Dərin bir kədər bürüyür inasanı. Amma tezliklə bu kədər qururla əvəz olundu. Atəşgahın yanında ətrafı seyr edərkən hər zaman dəbdəbəsi ilə insanları cəlb edən Bakı çox cılız göründü mənə. Səbəb burda yatan nakam arzulu şəhidlərimizdir.

Açığı bura gələrkən ziyarətçilərin çox olacağını təxmin etmədim. Amma gördüklərim məni sevindirdi. Xiyabanda olduğum vaxt ərzində iş saatı olmasına baxmayaraq, ən azı 15-20 nəfər vardı. Gələnlər arasında istər uşaq, istərsə yaşlı nəslin nümayəndəsini görmək olardı.

Ziyarətçilərlərdən biri – Naxçıvandan olan Cavanşir Məmmədov təəssüratlarını mənimlə bölüşdü:
- İlk dəfədir gəlirəm xiyabana. Çox təsirlidir, Allah onlara rəhmət eləsin.

Vaqif Bayramov  və Ruslan Əliyev də ziyarətçilər idi. Onlar şəhid Məzahir Rüstəm oğlu Rüstəmovun yaxın qohumlarıdır. Həm onu, həm də vətən uğrunda canından keçmiş bütün şəhidləri yad etməyə gəldiklərini söylədilər. “Cavan olmaları adama lap təsir edir” deyən Cavanşir bəy gözündəki kədəri gizlədə bilmədi.

Ziyarətçilər arasında olan balaca Zəhra diqqətimi daha çox çəkdi. 12 yaşı olmasına baxmayaraq,  böyük düşünürdü . Əmisi Emin bəy Zəhranın rayondan qonaq gəldiyini dedi. Onun sözlərinə görə, Zəhra israrla Şəhidlər xiyabanına getmək və kitablarda haqqında oxuduğu ziyarətgahı gözləriylə görmək istədiyib.
- Mən də onu bura gətirdim. Həqiqətən bir sinifdə oxuduğum, bir məhlədə böyüdüyüm insanların məzarı önündə dayanmaq adama pis təsir edir.

Şəhidlər xiyabanında çalışan xidmətçi qadının dediyinə görə, hər gün bura insan axını olur. Baxmayaraq ki, 20 Yanvar günü deyil. Günə ən az 100-150 nəfər adam gəlir.

Xudafizləşib xiyabandan ayrılmaq üzrə çıxışa doğru getdim. Məğrurla dalğalananan üçrəngli bayrağımızın qarşısında ayaq saxladım. Sanki bayraq məni başa düşürmüş kimi ona səsləndim: ”Sənin ucalarda dalğalanmanın səbəbkarları burda uyuyurlar. Onlar xatirinə bir daha enmə!”.










Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı