Modern.az

Deputat generalın vəfatından danışdı: “O, məktəbli oğlu ilə nəfəs alırdı”

Deputat generalın vəfatından danışdı:  “O, məktəbli oğlu ilə nəfəs alırdı”

Aktual

22 Noyabr 2013, 15:19

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin vəfatını YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə təəssüflə qarşılayıb.

Modern.az-ın məlumatına görə, YAP-çı deputat bildirib ki, hadisədən mütəəssir olub.  “Çox pis oldum. Onu şəxsən tanıyırdım. Məhəmməd müəllimlə Sərhəd Xidmətində keçirilən tədbirlərin birində tanış olmuşduq. Sonradan dəfələrlə dövlət və sərhədçilərin tədbirlərində görüşmüş və  onu yaxından tanıya bilmişdim”, – deyə A. Mirzəzadə qeyd edib.

Onun sözlərinə görə, may ayında mərhumla Lənkərana sərhəd zastavasına birlikdə gedib.
“Yolda kasıb bir ailədən çıxmağından, SSRİ dövründəki hərbi qulluğundan, 1992-ci ildə Qarabağ döyüşlərinə görə Vətənə qayıtmağından danışdı. Xaraktercə təmkinli, zəhmətkeş, məsuliyyətli və səmimi bir insan idi. O əsgəri , tabeçiliyində olan zabiti çox gözəl başa düşürdü, onlara qarşı çox diqqətcil idi. Onun dünyasını dəyişməsinə inana bilmirəm, o çox tez getdi, onun yeri çox görünəcək. Uşaqları hələ tam ərsəyə gəlməmişdi, məktəb yaşlı oğlu ilə nəfəs alırdı. Səni itirdik, Məhəmməd. Allah rəhmət eləsin!”, – deyə A. Mirzəzadə kədərini ifadə edib.


Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı