
Milli Şura üzvü, eks-spiker Rəsul Quliyev yenidən müxalifət əleyhinə çıxış edib. Modern.az saytının xəbərinə görə, Rəsul Quliyev bildirib ki, İlham Əliyevin prezident seçkisində nail olduğu triumfun fonunda Milli Şura və bütövlüklə müxalifət daha da cılızlaşdı .
Rəsul Quliyevin fikrincə, varlığı ilə yoxluğu yalnız bir neçə qəzet və internet səhifələrində bilinən müxalifət ağır məğlubiyyətdən sonra seçkidəki uduzmağının səbəblərini hələ də müzakirə etməyib.
O, heç bir ölkədə müxalifətin bu cür davranmadığını vurğulayıb.
“Məğlubiyyətinin səbəblərini analiz etməyən tərəf məgər vuruşmağını dayandırmamalıdır? Məğlubiyyətin səbəbi “hökümət seçkiləri saxtalaşdırdı” deyib müzakirədən qaçanların heç 100 ildən sonra da qələbə çalmaq şansları yoxdur. Bu gün bu insanların 'siyasət' meydanına yapışıb qopmamaları xalqın gələcəyinin üzərindən hökümətlə müqayisədə daha qalın xətt çəkir. Hökümətə münasibət stabil neqativdir. Bu münasibət real müqavimət gücü formalaşdıra bilər. Bu prosesin sürətini zəiflədən amillərdən biri müzakirələrdən qaçanların müxtəlif donunda yenidən özlərini millətə sırımaq cəhdləridir”-deyə eks-spiker qeyd edib.
Rəsul Quluyev deyib ki, seçkilərdən iki ay keçməsinə baxmayaraq, Milli Şura bir dəfə də məğlubiyyətin səbəblərini müzakirə etməyib. Müzakirə etsəydi, bəlkə də “İnşaatçılar” metrostansiyasının yanında verilmiş maksimum 10 min nəfərin yerləşə biləcəyi meydana niyə 3-5 min adamın gəlmədiyinə cavab tapardı və səhv siyasətinin nəticələrinin ləğvi ilə məşğul olardı.
“Mitinqə gəlmək imkanı olan azı 2 milyona yaxın bakılının cəmi 5 mininin mitinqə çıxması, 1 milyon 995 min nəfərin isə total şəkildə hökümətdən qorxmasını idda etmək ağılsızlığın yuxarı formasıdır.
Seçkilər yaddan çıxıb. Məğlubiyyət unudulub. Yeni formalı 'mübarizə' başlayıb. Qəzetlərdə müxalifətin bu dəfə 'real' qələbəyə yolları göstərilir. Məsələn, Cəmil müəllim ABŞ-ın 'xüsusi' dəvəti ilə - bu nə xüsusi dəvətdir, hansı dövlət təşkilatı və hansı məqsədlə göndərib bu dəvəti - artıq konqresin Azərbaycanla əlaqədar olmayan dinləmələrində -halbuki, yaxın azı 2 ildə belə bir dinləmələr nəzərdə tutulmayıb - geniş 'çıxış' edib. ABŞ prezident seçkisini qəbul etməyib, Cəmil müəllimi xüsusi dəvət ediblər və onu 'prezident təyin edəcəklər' 'kimi primitiv ideyalarını bu yazıq millətə yedirtmək istəyirlər.
Müsavat Partiyasının keçirmək istəmədiyi qurultayından camaat üçün şou düzəltmək istəyirlər. 800-900 qurultay iştirakçısının yerləşəcəyi zal axtarırlar. Birincisi, həmin 800-900 nəfərin razılığı ilə onların 10-dan birini seçmək şərtilə sayı 10 dəfə azaltmaqla qurultayıhətta öz ofisinizdə keçirə bilərsiniz.
İkincisi, Müsavat Partiyasında ideyalı üzvlərin toplam sayı cəmi 800-900 olar, ondan artıq deyil. Bu, gündəmdə qalmağın bir yoludur.
İkinci yol Qarabağın azad edilməsi, korrupsiya və rüşvətlə əlaqədar uşaq təklifləri irəli sürməkdir. Məqsəd yəni, “biz də varıq” deməkdir.
Bu insanların yeganə düzgün addımı istefa verib getməklərindədir, ancaq bu işi görən deyillər, boks məşqində “armud” deyilən şey var, boksçu daim onu vurmaqla gücünü artırır.
Ancaq sonuncu prezident seçkisi “armud2un lazımlığını xeyli azaldıb”.
İlkin