Modern.az

Aşura günü toplanmış 105 litr qanda hepatit B və C, sifilis aşkarlanıb - QAN BANKI

Aşura günü toplanmış 105 litr qanda hepatit B və C, sifilis aşkarlanıb - QAN BANKI

Aktual

23 Noyabr 2013, 12:09

Yandırılan qanlarda yalnız HİV virusu aşkarlanmayıb


Səhiyyə Nazirliyinin Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva Modern.az-a deyib ki, Aşura günü toplanmış qanlarda yalnız HİV virusu aşkarlanmayıb.

O, bildirib ki, Aşura günü verilən qanlar 4 virusa görə yoxlanılıb. Onlardan 4 virusdan yalnız biri aşkarlanmayıb, qalan 3 virusun olması ilə bağlı şübhələr var.

“Bütün dünyada qəbul edilmiş təcrübəyə əsasən qan götürüləndə 4 infeksiyaya qarşı yoxlanılır. Bu həmişə belə olub. Amma 2006-cı ildən bəri bu məsələnin üzərində daha diqqətli düşülüb. Həmin ildən sonra Səhiyyə Nazirliyi Qan Bankına daha diqqətli nəzarət edir”.

Bu dəfə Aşura günündə toplanan qan ehtiyatında aşkar olunan viruslu qanların yandırıldığını deyən Pərvanə Hacıyeva onu da qeyd edib ki, qanlarında virus olan şəxslərə müraciət olunub.

“Kliniki Tibbi Mərkəzdə bunun xüsusi aparatı da var ki, aşkarlanan infeksiyalı qanlar həmin aparatda yandırılır. Həmin virusların başqa insanlara keçməməsi üçün qanlar aktlaşdırılır və yandırılır. Bu proses tək Aaşura günündə deyil, həmişə belə olur. Ümumiyyətlə       Qan Bankı üçün verilən qanların hamısı 4 əsas infeksiyadan yoxlanılır. Bunlar qan vasitəsilə keçən hepatit B, C, sifilis və QİÇS infeksiyalarıdır. Aşurada HİV infeksiyası aşkarlanmayıb. Amma qalan 3 infeksiyadan şübhələrimiz var. Nəinki Aşurada əvvəlki aylarda da qan verən insanların qanlarında şübhə yarandığı halda onlara müraciət edirik. Onlar qanı şəxsiyyət vəsiqəsi ilə verdiklərindən onların ünvanları və əlaqə nömrələri məlum olur. Onların qanında şübhə olduğu halda onların yaşadığı ərazidəki klinikalara məlumat verilir ki, həmin insana anonim şəkildə məlumat verilsin ki, onların qanında filan infeksiya şübhəli bilinir. Ola bilər ki, infeksiya olmasın sadəcə biz şübhələnirik. Həmin şəxslər yoxlanılır və bu infeksiyaların qarşısı alınır”.

Aşura günündə toplanan qanlardan artıq istifadə olunduğunu deyən baş həkimin sözlərinə görə, həmin gün 437 litr qan toplanılıb. Pərvanə Hacıyeva deyib ki, təhlükəli hesab olunan 210 nəfərin 105 litr qanı yandırılandan sonra qalan qan yığımı həftə ərzində respublikanın şəhər və rayon xəstəxanalarına və diaqnostika mərkəzlərinə paylanılacaq.

“Bütün xəstələrə, Onkologiya İnstitutuna, Talassemiya Mərkəzinə, hemofiliyalı uşaqlara, dializ olan şəxslərə bu qanların hamısı göndərilib”.

Ötən ilin 9 ayının statistikası ilə müqayisədə donorların sayının artdığını deyən Pərvanə Hacıyeva bu il donorların sayının 50000 çatdığını bildirib.

“Ötən ilə nisbətən donorların sayında da artım olub. Belə ki,  ötən il bu göstərici 49 400 idisə, bu ilin 9 ayı ərzində donorların sayı 50000-ə çatıb. Ötən il Aşura günü 4007 nəfər qan vermişdisə, bu il 4437 nəfər qan verildi”.  

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı