Modern.az

Seçim– “Alın yazısı”

Seçim– “Alın yazısı”

Aktual

30 Noyabr 2013, 09:31


Rövşən Nəcəfov

  Bir cəmiyyətin formalaşmasında seçimlər müxtəlif rənglər təqdim edir. Rəngli insanlar və fərqli düşüncələrin formalaşdırdığı gələcəyin quruculuğunda iştirakçı olmaq gərəklidir. İnsanın həyatı onun etdiyi seçimlər vasitəsi ilə formalaşır. Bəzən bu “alın yazı” kimi ifadə olunur. Yəni sənin seçimin, həm də sənin təqdim etdiklərindir. Hansı ki, sənin ətrafında baş verən hadisələrdir. Sən istədiyin üçün, seçim etdiyin üçün ətrafın var... Hadisələr var... Həmçinin cəmiyyətin formalaşmasında ictimai proseslər, yəni ictimai seçimlər böyük rol oynayır. Müxtəlif kampaniyalar və ictimai fəaliyyətlər insanları bu istiqamətdə birbaşa iştirakçı olmağa valeh edir. Amma insanlar heç vaxt seçimlərində əmin olmurlar. Həmişə konfliktlərin yaranmasına səbəb də, seçimlərdə güvənin olmamasıdır. Əslində, insanlar sakit yaşamağa üstünlük verir. Bir növ insanların “Mənə nə?” sualı üzərində mübahisələr etmək olar. Həm də, adamlar haqlıdır.

Tarix bunun üzərində yazılır: “Seçim edənlər” və “Seçimi düşünənlər”.

Seçim edənlər...

Uğurlu insan modeli yaratmaq, sənin etdiklərinin və edəcəklərinin təzahürüdür. Və ya cəmiyyətin, dövlətin sənə verdiyi şanslar. Hər zaman bu fikir öz aktuallığını saxlayır ki, sənə şans bir dəfə verilir. Şansını qaçırmayanlar, tarixin ən yaxşı səhifələrinə yazılır. Şansını qaçırmamaq üçün seçim etməkdən çəkinməyəcək qədər hazırlıqlı və təcrübəli olmaq arzuolunandır. Əsas meyar isə sənin cəsarətindir. Bəzən insana doğuşdan, bəzən isə sonradan qazanılmış yaxşı təcrübənin güvənci.

İnsanın güvəndiyi dostların olması həyata qalib gəlməyin ən vacib şərtlərindən biridir. Birinci, sən güvənəcəksən...

Seçimi düşünənlər...

İnsan həyatının parçalanması və onun arzularının reallaşmaması çoxlu düşünməsidir. Yəni seçim etməməsidir. Bəzən seçim insanı məhv edir. Bizim üçün önəmli olan yaşamaqdır. İnsan həyata bir dəfə gəlir və istədiyi kimi yaşamaq istəyir. Heç kim və ya heç nə yenidən bu həyatı yaşamağımıza təminat vermir.

Müxtəlif ideologiyaların nəzəri təkliflərindən başqa. İdeologiyalar insan həyatında müxtəlif dövranlar edir. Hər kəs bütün ideologiyaların daşıyıcısıdır. Həqiqət isə ideologiya deyil.

Həqiqəti seçim etmək?

Bu, doğru deyil. Həyat həqiqət üzərində qurulsa da, həqiqət kimi davam etmir. İnsan varlığı mövcuddursa, artıq bir savaşın göstəricisidir. Yəni, həyatla və ya həyatınla savaş. Bütün seçimlər bizi məğlub edir.

SON:

Doğrudur, insan hər şeyin sonunu düşünəndə artıq məğlub olur. Hətta bu yazının SONuda məni məğlub etdi. Amma həqiqətin seçimi və savaşı davam edəcək. İnsan qalib olmalıdır!

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı