Modern.az

Bakının bu hissəsində işıq kəsiləcək

Bakının bu hissəsində işıq kəsiləcək

Aktual

4 Avqust 2025, 11:17

Bakının Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazilərində 4 avqust tarixində 35 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!