“Suriya münaqişəsi idarə olunmayan mənbə rolunu oynaya bilər. Həmçinin bu Avropanın içərilərinə qədər hərəkət edə bilər”. Modern.az saytının məlumatına görə bunu Fransanın “TF1”telekanalına və “Europe 1” radiosunun əməkdaşlarına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə Avropa dövlətləri Suriyadan qaynaqlanan terror təhlükəsi ilə üz-üzə qala bilər. Kreml rəhbəri bildirib ki, Suriyada daha çox ekstremist təşkilatlar və qüvvələr vəhşilik törədir. “Biz Suriyanın dağılmasından çox qorxuruq. Biz Əfqanıstanda, İraqda yaranmış situasiyanın Suriyada da təkrarlanacağından qorxuruq. Bu səbəbdən biz indiki Suriya hakimiyyətininin saxlanılmasının tərəfdarıyıq",-deyə V. Putin söyləyib.
Rusiya dövlət başçısı son zamanlar Moskvanın SSRİ-ni dirçəltmək niyyətində olması ilə bağlı səslənən iddialara da münasibət bildirib. O qeyd edib ki, Rusiyanın belə bir planı yoxdur və yalnız öz sərhədləri daxilində ölkəni inkişaf etdirmək arzusu var. Bununla yanaşı V. Putin SSRİ-nin dağılmasını da şərh edib və həmin prosesləri humanitar qəza adlandırıb. “SSRİ-nin dağılması XX əsrin qorxunc geosiyasi qəzası idi. Bizim indi Gömrük İttifaqındakı inteqrasiya əlaqələrimizin inkişafı imperiyanın dirçəldilməsi və rus millətçiliyi deyil”.V. Putin Moskvanın ABŞ prezidenti Barak Obama və yeni Ukrayna hakimiyyəti ilə dialoqa hazır olduğunu da bildirib.
Aqşin Kərimov