Modern.az

“İsmayıllı işi” ilə bağlı növbəti məhkəmə prosesi avqustun 12-də olacaq

“İsmayıllı işi” ilə bağlı növbəti məhkəmə prosesi avqustun 12-də olacaq

Aktual

19 İyun 2014, 17:00

“İsmayıllı işi” ilə bağlı növbəti məhkəmə prosesi avqustun 12-nə təyin olunub. Modern.az-ın verdiyi xəbərə görə, REAL Hərəkatının üzvü Erkin Qədirli bu barədə öz facebook səhifəsində yazıb. “Məhkəmədə dedilər ki, guya digər vəkillərin işlərilə əlaqədar məhkəmə avqusta ayının 12-nə kimi təxirə salınır. Aydındır ki, bu izahın ağlabatan tərəfi yoxdur. Sadəcə bəhanədir. Nə məsələdir, niyə uzadırlar, vəziyyətdən necə çıxmağa çalışırlar, bilmirəm. Ehtimal etməyə həvəsim yoxdur. Görüləsi işimiz çoxdur, davam edirik”, – deyə Erkin Qədirli əlavə edib.

Qeyd edək ki, “İsmayıllı işi” ilə əlaqədar İ. Məmmədovun növbəti məhkəməsi iyunun 15-nə təyin olunmuşdu.

Avropa Məhkəməsi RAEL lideri İlqar Məmmədova 22 min avro təzminat verilməsi haqda qərar çıxarıb. Məhkəmə İ. Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 20 min avro, vəkil xidmətinə görə isə 2 min avro, ümumilikdə 22 min avro təzminat ödəməlidir.

REAL Hərəkatının sədri 2013-cü ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gültəkin Ələsgər
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı