
Xüsusilə yay fəslində bir çox insanlar səhər yuxudan oyananda halsızlıq, yorğunluq, sanki bütün gecəni yatmamış kimi hallardan şikayətlənirlər. Bir çoxları bu vəziyyətdən çıxış üçün bir fincan qəhvəyə daha çox üstünlük verirlər. Amma digər qida məhsulları və içkilər də var ki, gün ərzində insanın gümrahlığını və xoş əhvalını təmin edir.
Modern.az saytı gümrah olmaq istəyənlərə gərəkli məsləhətləri təqdim edir.

1. Yaşıl çay. Məlum olduğu kimi orqanizm üçün ən faydalı içkilərdən biri yaşıl çaydır. Digər faydaları ilə yanaşı səhərlər yaşıl çay içildikdə insan fəallaşır, zehni və fiziki aktivliyi artır, əhvalı yaxşılaşır və ümumilikdə özünü gümrah hiss edir. Yaşıl çayı bal bə ya limonla içmək orqanizmə daha da müsbət təsir göstərir.

2. Portağal sirəsi. Səhərlərinizi bir stəkan təzə çəkilmiş portağal şirəsi ilə açsanız yorğunluqdan, halsızlıqdan əsər-əlamət qalmayacaq. C vitamini ilə zəngin olan bu şirə beyninizlə yanaşı bütün orqanizminizi fəallaşdıracaq və gün ərzində özünüzü gümrah hiss edəcəksiniz.

3. Yulaf sıyığı. İngilislərin ən çox sevdiyi səhər yeməyi olan yulaf sıyığı nəinki gün ərzində sizi enerjili və gümrah edəcək, o həm də öz zəngin tərkibi ilə daxili orqanlarınızın fəaliyyətinə müsbət təsir göstərəcək, maddələr mübadiləsini tənzimləyəcək, opqanizmdən zərərli maddələrin xaric olmasına kömək edəcək.

4. Yumurta. Klassik səhər yeməyi sayılan yumurta ilə də gününüzü gümrah və xoş əhvalla keçirə bilərsiniz. Zülal, vitamin və minerallarla zəngin olan yumurta azkalorilidir və o insanın həm zehni, həm də fiziki fəallığını artırır.
/
5. Banan. Aktiv fəaliyyət və gümrahlıq üçün orqanizmə çəkər tələb olunur. Şəkərin fəsadlarından yan keçmək üçün tərkibində şəkər olan banandan istifadə daha faydalıdır və səhərlər banan yeməklə gün ərzində gümrah, enerjili olmaq mümkündür.

6. Giləmeyvələr. Demək olar ki, bütün giləmeyvələr bədənin ümumi tonusunu stimullaşdırmaq gücünə malikdir. Buna görə də səhərlər giləmeyvələrdən istifadə etməklə sutkalıq gümrahlığı təmin etmək olar. Giləmeyvələri kəsmik və sıyıqlarla birgə yemək də faydalıdır. Çiyələk və moruğa isə daha çox üstünlük vermək məsləhətdir.

7. Su. Yuxudan oyanarkən bir stəkan adi su ilə siz bütün orqanizminizi oyatmış olarsınız. Limonlu və nanəli su isə sağlamlığınız üçün daha faydalı ola bilər.
Gümrahlıq sağlamlıq və xoş əhval deməkdir. Yuxarıda sizə tövsiyə olunan qida və içkilərlə siz də gün ərzində gümrahlığınızı təmin edin. Unutmayın ki, sizin gümrah və xoş əhvallı olmağınız ətrafdakı insanlara da xoş təsir bağışlayacaq.
İlham Cəmiloğlu