Modern.az

Hərbçilər dənizdən sahilə hücum tapşırığını icra etdilər - VİDEO

Hərbçilər dənizdən sahilə hücum tapşırığını icra etdilər - VİDEO

Aktual

Bu gün, 10:36

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar uğurla tamamlanıb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?