Modern.az

BOKT “International” ASC Ulu Öndərin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirib

BOKT “International” ASC Ulu Öndərin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirib

Aktual

Bu gün, 11:00

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə BOKT "International" ASC-nin rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, tədbir çərçivəsində ulu öndərin əziz xatirəsinə ithaf olunaraq 103 ağac əkilib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək olmaq, eyni zamanda ümummilli liderin zəngin irsinin daim yaşadılmasına öz töhfəmizi verməkdir.

Sonda aksiya iştirakçıları ağaclara qulluq göstərilməsi, yaşıllıqların qorunması və ekoloji dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi ilə bağlı fikirlərini bölüşüblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?