Modern.az

Eduard Şevardnadze: “Anam məni doğanda risk etmişdi”

Eduard Şevardnadze: “Anam məni doğanda risk etmişdi”

Aktual

7 İyul 2014, 14:46


87 yaşında vəfat edən Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze həyatının ən dəhşətli anını həyat yoldaşının dünyasını dəyişdiyi gün hesab edirdi. Modern.az xəbər verir ki, o, jurnalistlərlə söhbətlərinin birində möcüzə nəticəsində doğulduğunu da açıqlamışdı:

“Ona görə möcüzə deyirəm ki, həkimlərin sözlərinə görə, anamın və mənim həyatı doğum ərəfəsi təhlükə ilə üzləşibmiş: doğum ərəfəsi anamın vəziyyəti ağır olub. Anama uşaq doğmağa icazə verilməyəndə, artıq gec idi, həkimlər doğuş və ondan sonra anamın və mənim yaşayacağıma qarantiya verməmişdilər. Yalnız mənim yaşaya biləcəyimə azca ümidləri olub. Buna baxmayaraq, anam məni dünyaya gətirməyə qərar verib, onun bu riskli addımı Allahın və həkim Kelendjeridzenin sayəsində uğurla başa çatıb”.  

Qeyd edək ki, keçmiş prezidentin anası onu dünyaya gətirəndən sonra da uzun müddət yaşayıb.

Digər məlumata görə, 2014-cü ilin yanvar ayında Şevardnadze Tbilisidəki villasında anadan olmasının 86-cı ildönümü ilə bağlı qəbulu ləğv edib. Eks-prezident yaxınları ilə bir stol arxasında oturub ad gününü qeyd etməkdən imtinasının səbəbini həmin vaxt Kiyevdə insanların qırılması ilə izah edib. Ad günündə onu yalnız ən yaxınları-iki övladı, beş nəvəsi və üç kötücəsi təbrik ediblər.

Eks-prezidentin xəstəliyi ilə bağlı söz-söhbətlər dəfələrlə yayılıb. Belə ki, 2010-cu ilin yazında etibarlı mənbə iddia edirdi ki, Şevardnadze prostat xərçəngidir. Ancaq onun həkimi Quliko Çapidze bu məlumatı təkzib etmişdi. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan