Modern.az

Kosmik hava proqnozu 

Kosmik hava proqnozu 

Aktual

Bu gün, 14:00

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Modern.az-a bildirilib ki, Günəş fəallığı nisbətən zəifləyib. Əsasən C sinifli alışmalar qeydə alınıb, ən güclü alışma isə 4445 ləkə regionunda baş verən M1.9 sinifli alışma olub. Alışmalarla əlaqədar tac kütlə atılmaları və radioemissiyalar müşahidə edilib.

Hazırda Günəş səthində 7 ləkə qrupunda 86 ləkə və tac dəlikləri qeydə alınır. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, proton seli isə fon səviyyəsində olub.

Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb.

Mayın 18-24-də C sinifli alışmaların ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 40 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faiz qiymətləndirilir.

Mayın 19-20-də elektron selinin orta və yüksək səviyyədə qalacağı, proton selinin isə fon səviyyəsində olacağı gözlənilir. Günəş küləyinin sürətinin normadan yüksək qalacağı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir