Modern.az

Bakı Şəhərsalma Mükafatı təsis edilib

Bakı Şəhərsalma Mükafatı təsis edilib

Aktual

20 May 2026, 14:32

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində yeni beynəlxalq təşəbbüs - Bakı Şəhərsalma Mükafatı (Baku Urban Award) təsis edilib.

Modern.az xəbər verir ki, Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə yaradılan mükafat dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində qlobal təşəbbüslərin təşviqinə xidmət edəcək.

Mükafatın rəsmi təqdimatı keçirilib.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, eləcə də UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax iştirak edib.

Qeyd edilib ki, mükafatın əsas məqsədi dayanıqlı şəhərsalma ideyalarını təşviq etmək, bu sahədəki qabaqcıl qlobal təşəbbüsləri qiymətləndirməkdir.

Mükafat Meksikada keçiriləcək WUF14-də seçilmiş şəxslərə təqdim ediləcək.

Sizə yeni x var
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları