Modern.az

Zakir Həsənov cəbhə bölgəsindəki hərbi hissələrdə olub - FOTO

Zakir Həsənov cəbhə bölgəsindəki hərbi hissələrdə olub - FOTO

Aktual

9 İyul 2014, 22:00

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrdə olub.

Modern.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.

Sonra müdafiə naziri döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib.

Nazir, eyni zamanda, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

 

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı