Modern.az

Xətai sakinlərinin evlərinə getmək üçün helikopter lazımdır

Xətai sakinlərinin evlərinə getmək üçün helikopter lazımdır

Güncel

14 İyul 2014, 10:12

Xətai rayonu, Zığ şossesi, Oksigen küçəsində yaşayan vətəndaşlar Modern.az saytına müraciət edərək, onları narahat edən ciddi problemlər barədə məlumat veriblər.

Onların verdiyi məlumata görə, təxminən 5-6 ildir ki, Bakı şəhəri 2930-cu keçid, ev 35, mənzil 77-də yaşayan Yunisov Almaz birmənalı şəkildə onların başının bəlasına çevrilib.

Ayrı-ayrı vaxtlarda məhkəməyə müraciət edərən Yunisov Almaz bir neçə şəxsə malik olan mənzilin tikildiyi torpaq sahəsinin ona aid olduğunu iddia edib.

Halbuki ona aid torpaq sahəsi (?) cəmi 4 sotdur. Buna baxmayaraq o, bir neçə dəfə ayrı-ayrı insana aid olan fərdi yaşayış evinin tilildiyi torpaq sahəsinə iddia edib və məhkəmədə iddası təmin olunub.

Almaz Yunisovun ilk qurbanı olan şəxs bildirib ki, məhkəmə Almaz Yunisovun xeyrinə həll olunduqdan və söküntünün icra olunmağa başlamasından sonra məlum olub ki, iddiaçının iddia etdiyi ərazi bura deyilmiş. Buna baxmayaraq məhkəmin çıxardığı qərarı qüvvədə saxlayıb.

Bundan sonra A. Yunisov eyni iddia və eyni ssenari ilə ilə daha 4 sakinin evinin sökülməsinə nail ola bilib.

Maraqlısı həm də odur ki, indiyə qədər Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər ya yubanır, ya da vətəndaş etirazı ilə üzləşdiyindən müəyyən müddətə təxirə salınır.

Məsələ odur ki, məhkəmə A. Yunisovun xeyrinə qərar çıxardıqdan 1-2 saat sonra bu qərarın icrasına başlanlır. (Lap BMT TƏhlükəsizlik Şurasının Liviya ilə bağlı qəbul etdiyi qətnamənin icrasına bənzədi-red)

A. Yunisov son udduğu ərazilərdə isə daha qəribə olay yaşanır.

Dörd fərdi yaşayış evinə gedən yolu bağlayan bu şəxs sanki bu addımından fəxr edir. İndi həmin mənzillərdə yaşayanların ümidi bir Allaha qalıb.

Ən yaxşı halda onlar evlərinə getmək üçün helikopter sifariş etməli olacaqlar.

Buna isə çətin gücləri çatsın. Demək ki, evlərinə gedə bilməyəcəklər.

Xətai rayonunun müvafiq qurumları isə sanki bir növ A.Yunisovun bu addımına stimul verirlər. Elə olmasaydı, dövlət başçısının bir neçə gün öncə qanunsuz tikililərlə bağlı imzaladığı sənədin səhəri günü A. Yunisov tikinti işlərini dayandırardı. Ancaq o, nümayişkanarə şəkildə, sanki “buranın sahibi mənəm” kimi davranaraq “öz işi”ni davam etdirib.

Təbii ki, Xətai rayon icra hakimiyyətindən xəbərsiz belə bir addımın atılması mümkün deyil.

Belə görünür ki, A. Yunisov bu ərazidə hələ çox “at oynadacaq”. Onun oynatdığı atın altında bundan sonra daha neçə köməksiz vətəndaşın qalacağını gələcək göstərəcək.

Hətta bir neçə dəfə bu şəxs arxasında böyük qüvvələrin dayandığını vurğulayıb.

O, qonşulara bildirib ki, onun arxasında o qədər böyük qüvvələr var ki, istəsə qonşuları yer üzündən silə də bilər. Sadəcə, özü yaxşı adam olduğuna görə bunu istmir.

O yaxınlıqda yerləşən, Sovet dövründə “Azon zavodu” kimi fəaliyyət göstərən, indi isə özəlləşdirilən müəssisənin rəhbəri olan Maksim adlı şəxsin adını çəkərək bildirib ki, onun Maksim kimi bir himayədarı var.

Beləsə, uzun müddətdir ki, A. Yunusovun əməllərindən əziyyət çəkən insanların müraciət etmədikləri instansiya qalmayıb. Buna baxmayaraq vətəndaşlar ümidverici cavab ala bilmirlər. Bu səbəbdən də çıxış yolunu mətbuata müraciət etməkdə görüblər.

 

Gülşən RAUFQIZI

P.S. Modern.az  bu məsələ ilə bağlı araşdırma aparır. Elə ilk andan A. Yunisovun sənədlərinin qanuni olması barədə şübhələr ortaya çıxıb. Eyni zamanda onun himayədarlarının başqa-başqa adlardan istifadə etdikləri faktı da var.

Bizi izləyin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı