Modern.az

“Rauf Mirqədirovun istintaq müddəti uzadılacaq” - VƏKİL

“Rauf Mirqədirovun istintaq müddəti uzadılacaq” - VƏKİL

Aktual

14 İyul 2014, 15:06

 

“Bu gün, ya da sabah böyük ehtimalla Rauf Mirqədirovun istintaq müddəti uzadılacaq”. Bu barədə Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov məlumat verib. “İstintaqdan hələ ki heç bir məlumat yoxdur, xəbər gözləyirik. Qanuna görə, müəyyən olunmuş vaxt bu gün bitir”.

E. Süleymanovun sözlərinə görə, bu günə qədər istintaq heç nəyə nail olmayıb. “Bununla da Rauf Mirqədirovun günahsız olduğu ortaya çıxır”.

“Ona ifadə zamanı hər hansı təzyiq olmadı, amma müstəntiqlər çaşdırıcı, qarışıq suallarla onu çətin vəziyyətdə qoymaq istədilər. Digər vəkil Fuad Ağayev və mən buna imkan vermədik. Nəzərə alın ki, Rauf Mirqədirovun ifadəsi fasiləsiz olaraq 7 saat davam etdi. Əslində bu normal hal deyildi. Vəkiləri olaraq dindirilmənin dayandırılması təklifilə çıxış etsək də, Rauf Mirqədirov bununla razılaşmadı, ifadəsini tam şəkildə vermək istədiyini bildirdi. Səhhəti demək olar ki, normaldır, ailəsi ilə bizim vasitəmizlə xəbər tutur. Şəxsən Rauf  Mirqədirovun öz ailəsilə əlaqə qurmaq imkanı yoxdur”, – deyə vəkil əlavə edib.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.

 

Gülşən RAUFQIZI


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada