Modern.az

Putin Cənubi Amerika ölkələrini "Yeni SSRİ"yə qoşulmağa ÇAĞIRDI

Putin Cənubi Amerika ölkələrini "Yeni SSRİ"yə qoşulmağa ÇAĞIRDI

Aktual

14 İyul 2014, 22:40

Avrasiya İqtisadi Birliyi  Cənubi Amerika ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir. Modern.az İTAR-TASS-a istinadən xəbər verir ki, bu haqda Braziliyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin Latın Amerikası ölkələrinin Avrasiya Birliyinə cəlb edilməsinin perspektivi barədə danışarkən deyib.

Kreml rəhbəri 2015-ci ilin ilk aylarından fəaliyyətə başlaması nəzərdə tutulan Avrasiya İqtisadi İttifaqının Cənubi Amerika bazarları ilə əməkdaşlıq haqqında saziş imzalayacaqlarına ümid etdiyini bəyan edib.

“Biz Cənubi Amerika bazarları ilə əməkdaşlıqda maraqlıyıq. Ümid edirəm ki, 2015-ci ilin başlanğıcında bununla bağlı uyğun sənəd imzalanacaq. Rusiya Braziliyanın dəstəyi ilə  Cənubi Amerika dövlətlərini Avrasiya İttifaqına cəlb etməkdə maraqlıdır”.  

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin imzaladığı sənədlə yaradılıb. Analitiklər bu layihəni Kremlin imperiya ambisiyalarının həyata keçirilməsində məqsəd kimi dəyərləndirir. Müşahidəçilər hesab edir ki, sözügedən layihə Kremlin "Yeni SSRİ" yaradılması yolunda atdığı addımların tərkib hissəsidir. 

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı