Modern.az

Rusiya Ermənistana qaz və neft sazişinin ləğvi üçün məktub göndərdi

Rusiya Ermənistana qaz və neft sazişinin ləğvi üçün məktub göndərdi

Aktual

Bu gün, 21:50

Ermənistan Rusiyadan təbii qaz, neft məhsulları və emal olunmamış almazların tədarükü ilə bağlı sazişin birtərəfli qaydada ləğv edilə biləcəyinə dair məktub aldığını təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktub yerli vaxtla saat 15:00-a olan məlumata əsasən artıq İrəvana daxil olub.

Ermənistan XİN-dən qeyd edilib ki, sənəd araşdırılacaq və zərurət yaranacağı təqdirdə rəsmi cavab veriləcək.

“Məktub öyrəniləcək və erməni tərəfi lazım gəldikdə cavab verəcək”, - məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı