Modern.az

Buna görə şadlıq sarayları və din xadimləri cəzalandırılır

Buna görə şadlıq sarayları və din xadimləri cəzalandırılır

Aktual

Bu gün, 14:51

"Erkən nikahla bağlı qanunvericiliyə ciddi dəyişikliklər edilib". 

Modern.az xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Ekspert rəyi” verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva məlumat verib.
 
Komitə rəsmisi bildirib ki, qanunvericiliyə edilən sərt dəyişikliklər artıq bir ildən çoxdur ki, real bəhrəsini göstərir:

"18 yaşına çatmamış şəxslərin evləndirilməsi halı aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə əsasən, təkcə ailələr deyil, həmin toy mərasiminin baş tutduğu mərasim evinin (şadlıq sarayının) rəhbərliyi barəsində də ciddi cəza tədbirləri nəzərdə tutulur. Eyni zamanda, rəsmi nikah olmadan qanunsuz dini nikah (kəbin) kəsən din xadimlərinin də cəzalandırılması qanunla tənzimlənir".

Qeyd edək ki, erkən nikah mühitini məhdudlaşdıran bu hüquqi mexanizmlər və cəza tədbirləri 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib. 

Töhfə Səməd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV