
Türkiyədə prezidentlik müddəti bu il avqustun 28-də başa çatacaq Abdulla Gül baş nazir Rəcəb Tayyib Ərdoğanla vidalaşmağa gedib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gül baş nazirlik mərkəzi binasına gələndə Ərdoğan onu qapıda qarşılayıb. Media nümayəndələri üçün qapalı keçən ziyarət 40 dəqiqə davam edib. Görüşün ardından baş nazir Ərdoğan prezident Gülü avtomobilinə qədər yola salıb. Ancaq ən maraqlı məqam prezidentlə baş nazir görüşəndə yaşanıb. Gülün yanlışlıqla Ərdoğanın ayağını basması ilginc bir görüntüyə səhnə olub.

Modern.az