
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə yerləşdirmənin nəticələrini elan edib.
Modern.az saytının məlumatına görə, ali məktəblərə qəbulun nəticələrinə əsasən, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri tələbə adı qazanıb. Tələbə adı qazanmış abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bütün qruplar üzrə qəbul olanların, o cümlədən boş qalan yerlərin sayı açıqlanıb.
| İxtisas qrupu | Qəbul planı | Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) | Qəbulolma faizi | Vakant | ||
| Azərbaycan bölməsi | Rus | Bölmələr | ||||
| I | 11990 | 9732 (4368) | 1313 (557) | 11045 (4925) | 92.12 | 945 (7.88) |
| II | 10908 | 8396 (1665) | 1396 (180) | 9792 (1845) | 89.77 | 1116 (10.23) |
| III | 10451 | 8521 (2381) | 949 (172) | 9470 (2553) | 90.61 | 981 (9.39) |
| IV | 4414 | 3130 (1397) | 276 (100) | 3406 (1497) | 77.16 | 1008 (22.84) |
| 37763 | 29779 (9811) | 3934 (1009) | 33713 (10820) | 89.28 | 4050 (10.72) | |
Misranə Həsənzadə