Modern.az

Səyyar "Asan xidmət"in növbəti ünvanı Tbilisidir

Səyyar "Asan xidmət"in növbəti ünvanı Tbilisidir

Aktual

Bu gün, 13:11

Səyyar “ASAN xidmət” bu dəfə Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşlarına xidmət məqsədilə Tbilisyə gəlib.

Modern.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iyunun 5-7-də Azərbaycanın Gürcüstandakı səfirliyində vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi üzrə xidmət göstərəcəklər.

Xidmətlərdən istifadə etmək üçün Elektron Növbə Portalından növbə götürmək mütləqdir: appointment.mfa.gov.az/az

Portalda səfirliyi seçdikdən sonra müvafiq xidməti və tarixi (5, 6 və 7 iyun) qeyd olunmalıdır.

Səfirlik binası Tbilisidə Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR