Modern.az

Ermənistanda seçki pozuntuları - 14 nəfər saxlanıldı

Ermənistanda seçki pozuntuları - 14 nəfər saxlanıldı

Aktual

7 İyun 2026, 18:31

Ermənistanda keçirilən səsvermə zamanı saat 17:00-a olan məlumata görə, Daxili İşlər Nazirliyinə 57 qanun pozuntusu ilə bağlı siqnal daxil olub.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, müraciətlərdən 19-u təkrar səsvermə cəhdi, 15-i səsvermənin məxfiliyinin pozulması, 2-si seçki hüququnun həyata keçirilməsinə mane olunması ilə bağlı olub.

Bundan başqa, bir rüşvətvermə və bir silah gəzdirmə faktı da qeydə alınıb.

Qeyd olunub ki, araşdırmalar çərçivəsində 14 nəfər saxlanılıb. Hadisələrlə bağlı müvafiq yoxlamalar davam etdirilir.

 

***

16:18

 

Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR