Qida məhsulları insanın hansı orqanına oxşayırsa, o həmin orqan üçün daha faydalıdır. Təsadüfi, yaxud bir təbiət sirri olduğunu söyləmək çətin olsa da, bu, faktdır.
Modern.az saytı qida məhsullarının oxşadıqları orqanlara faydaları haqqında maraqlı məlumatları diqqətinizə çatdırır.

Lobya formaca böyrəyə oxşayır. Cinsi fəaliyyəti gücləndirən, sidikqovucu xassəyə malik olan lobya böyrək ağrısı üçün olduqca faydalıdır.

Kökü çarpaz kəsib diqqətlə baxsaq onun insan gözü ilə oxşarlağını görərik. Bu kəsikdə ən xırda xəttlər belə gözün daxilini əks etdirir. Məlum olduğu kimi kök öz zəngin tərkibi ilə göz üçün olduqca faydalıdır. Kökdən və kök şirəsindən müntəzəm istifadə edən insanlar heç vaxt görmə qabiliyyətindən şikayət etməzlər.

Kartofla mədəaltı vəzin oxşarlığı heç də az deyil. Bəlkə də elə bu oxşarlığa görə süzgəcdən kecirilmiş kartof mədəaltı vəz üçün faydalıdır.

Qoz insan beyninə oxşayır. Qozun üz səthindəki qatlar və qırışlar bu oxşarlıqda daha dəqiq təsəvvür yaradır. Heç kimə sirr deyil ki, beynin normal fəaliyyətində qozun faydaları əvəzsizdir.

Ortadan kəsilmiş soğan bədənimizin hüceyrələrinə bənzəyir. Araşdırmalar nəticəsində məlum olub ki, soğan hüceyrələri gərəksiz tullantılardan təmizlənməsində ən yaxşı vasitədir.

Tərkibi fol turşusu və sinklə zəngin olan dəniz ilbizi kişi xayasına bənzəyir ki, onlar spermanın keyfiyyətinin yaxşılaşdırılması üçün faydalı vasitələrdən biri sayılır.

Uzun nazik budaqları ilə insan sümüklərinə bənzəyən kərəviz onlar üçün olduqca faydalıdır. Kərəviz sümük minerallaşmasını tənzimləyən silisium mənbəyidir.

Avokado öz formasına görə qadın uşaqlığına bənzəyir. Bu oxşarlığın nəticəsi olaraq avokado qadın sağlamlığı üçün faydalıdır. Tərkibində fol turşusu olduğundan uşaqlıq boynunun xəstəlikləri riskini azaldır.

Qırmızı şərabın qana oxşaması da təsadüfi deyil. Az miqdarda qırmızı şərab qanı duruldaraq laxtalanmanın qarşısını alır.

Zəncəfilin insan mədəsinə bənzəməyi də yəqin ki, təsadüfi oxşarlıq deyil. Zəncəfil mədə ağrılarını götürür, həzm sistemini nizamlayar və ürək bulantılarını aradan qaldırır.
İlham Cəmiloğlu