Böyük Britaniya Azərbaycanın və Ermənistanın sülh istiqamətində atdığı addımları dəstəklədiyini bir daha bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” hesabında Vaşinqton sammitində əldə edilmiş razılaşmaların birinci ildönümü ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Böyük Britaniya sülh prosesində tarixi addımın atılmasını təmin edən liderlərin nümayiş etdirdiyi siyasi iradəni yüksək qiymətləndirir.
"Вavamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olunması istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, - deyə rəsmi bəyanatda vurğulanıb.